“Everton” 38 yaşlı futbolçunu transfer edir
İngiltərəli futbolçu Eşli Yanq karyerasını “Everton”da davam etdirəcək.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi bu gün Mersisayd klubunda tibbi müayinədən keçəcək. O, klubla daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə bağlayacaq.
Yanqın son klubu iyunda tərk etdiyi “Aston Villa” olub. O, əvvəllər “İnter”, “Mançester Yunayted” və “Uotford”da da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin