“Səbail” milli üzvünü transfer edib

“Səbail” klubu daha bir futbolçunu heyətinə qatıb.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisinin növbəti transferi Fransanın “Sedan” klubunda oynamış Alexandre Ramalinqom olub.

“Transfermarkt” portalı 30 yaşlı hücumçunu artıq “Səbail”in futbolçusu kimi təqdim edib.

Madaqaskar millisinin forvardının “Səbail”lə imzaladığı müqavilənin detalları barədə məlumat verilməyib. “Ayaçço”, “Virton” kimi komandalarda oynamış hücumçu 2020-ci ildən “Sedan” forması geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button