“Qarabağ”ın müdafiəçisi Türkiyə klubuna keçir

“Qarabağ”ın futbolçusu Kevin Medina tezliklə Türkiyənin “Rizəspor” klubuna keçəcək.

Komanda.az “Fanatik”ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Türkiyə klubu ilə ilkin razılıq əldə edib.

Kolumbiyalı futbolçunun müqavilə bağlandıqdan sonra məşqlərə qoşulacağı vurğulanıb.

Medina 2020-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button