Atdan yıxılan qapıçı karyerasını bitirə bilər
PSJ-nin qapıçısı Serxio Rikonun karyerasını bitirmək ehtimalı var. Buna səbəb futbolçunun atdan yıxılaraq başından ciddi xəsarət almasıdır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, futbolçu xəstəxanada olduğu müddətdə 20 kq çəki itirib. Qapıçının son günlər danışmağa başladığı haqda xəbərlər də yayılıb.
Öncədən Rikonun komadan ayılması haqda xəbər vermişdik. Onun hansı tarixdə xəstəxanadan evə yollanacağı məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin