“Ayaks”dan beyninə qan sızan keçmiş qapıçı haqda açıqlama
“Ayaks”ın sabiq qapıçısı Edvin van der Sar dünən xəstəxanaya yerləşdirilib. Buna səbəb onun beyninə qan sızması olub.
Komanda.az xəbər verir ki, Niderland təmsilçisi veteran qolkiper barədə sosial şəbəkə hesabında paylaşım edib. Həmin paylaşımda belə yazılıb:
“Van der Sar hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun səhhəti ilə bağlı yeni məlumat əldə edilən kimi ictimaiyyətə məlumat veriləcək. “Ayaks”da hər kəs Edvin üçün dua edir. Biz yalnız onu düşünürük”.
Xatırladaq ki, Edvin van der Sar karyerası ərzində İtaliyanın “Yuventus”, İngiltərənin “Fulhem” və “Mançester Yunayted” klublarında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin