“Linkoln”un futbolçusu: “Qarabağ”ı keçmək çətin olacaq”

Cəbəllütariq təmsilçisi “Linkoln”unun müdafiəçisi Bernardo Lopez UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək matçlarla bağlı danışıb.

Komanda.az xəbər verir ki, o, “köhlən atlar”ın hücum potensialının çox böyük olduğunu deyib:

“Püşkatmadan sonra rəqibi daha yaxından tanıdıq. Deyə bilərəm ki, ən təhlükəli komandalardan biri ilə düşmüşük. Onları keçmək çətin olacaq, amma ümidimizi itirmirik.

Müdafiəmiz üçün xüsusilə çətin olacaq, çünki “Qarabağ”ın hücum potensialı çox böyükdür. İlk ev oyunu bizim üçün açar olacaq. Mümkün qədər yaxşı oynamalıyıq”.

“Qarabağ” “Linkoln”a qarşı ilk oyununu iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button