“Braziliya şanslıdır ki, belə bir futbolçusu var” – Millinin baş məşqçisi

Braziliya millisinin yeni baş məşqçisi Fernando Diniz Neymar haqda danışıb.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, o, PSJ-nin hücumçusunu xeyli tərifləyib:

“Neymarı təsvir etmək üçün ağlıma gələn yalnız bir söz var: O, nəfəskəsicidir.

Bu superistedaddır. Belə bir futbolçunun bir daha doğulmasını çox gözləməli olacağıq. Braziliya şanslıdır ki, belə bir futbolçusu var. Biz bundan maksimum istifadə etməliyik. Neymar futbolda hər şeydə üstündür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button