“Milan”dan La Liqa klubuna 25 milyon avroluq təklif

“Milan” “Vilyarreal”ın vingeri Samuel Çukvueze üçün İspaniya klubuna bonuslar daxil olmaqla 25 milyon avro təklif edib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, La Liqa klubu isə qarşı tərəfdən 35 milyon avro tələb edib.

24 yaşlı futbolçunun “Vilyarreal”la hazırkı müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.

Nigeriyalı futbolçu 2022/23 mövsümündə 50 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button