“Barselona” hələ də Messinin maaşını ödəyir!

“Barselona” klubu hələ də keçmiş futbolçusu Lionel Messinin maaşını ödəyir.

Komanda.az “La Vanguardia”-ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Xuan Laporta məlumat verib:

“O, əvvəlki rəhbərliklə razılaşdırılan təxirə salınmış maaş ödəmələrinə sahibdir. Ödənişlər 2025-ci ildə başa çatacaq. Messiyə ödənişlər ciddi şəkildə həyata keçirilir”.

Messi 2021-ci ildə “Barselona”dan ayrılıb. Argentinalı hücumçu hazırda “İnter Mayami”nin formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button