FİFA-dan ofsaydla bağlı yeni qərar

FİFA ofsayd epizodları ilə bağlı dəyişiklik etməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ali futbol qurumunun qərarına görə, bundan sonra hücum edən tərəfin futbolçusunun bədəninin tam olaraq rəqib müdafiəçidən öndə olduğu zaman ofsayd qeydə alınacaq. Hücum edən oyunçunun bədəninin az hissəsi rəqibdən öncə olduğu zaman ofsayd qeydə alınmayacaq.

Yeni qərar ilk olaraq İtaliya, İsveç və Niderlandın aşağı liqalarında sınaqdan keçiriləcək. Sınaq uğurlu olarsa, bütün futbol turnirlərində yeni ofsayd qanunu tətbiq olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button