Ərəblər “Sevilya”nın qapıçısını da “qaralayıb”
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Sevilya”nın mərakeşli qapıçısı Yasin Bono ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
“Əl-Nəsr” zədəli olan kolumbiyalı qapıçısı David Ospinaya əvəzləyici axtarır.
Avropanın bəzi klublarının da Bono ilə maraqlandığı, lakin hamısının hələ də transferdən uzaq olduğu qeyd edilir.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin