“Keyn “Bayern”ə getmək istəyirsə, onu avtomobilimlə şəxsən özüm aparacam”
İngiltərəli keçmiş hücumçu Alan Şirer maraqlı açıqlama verib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, “Tottenhem”in forvardı Harri Keynin “Bayern”ə mümkün transferini şərh edib:
“Bunu eşidəndə ağlıma yalnız bir fikir gəldi: Keyn “Bayern”ə getmək istəyirsə, onu avtomobilimlə şəxsən özüm aparacam. Premyer Liqadakı rekordumu qorumaq üçün əlimdən gələni edəcəm”.
İyunun 27-də Almaniya klubu 29 yaşlı futbolçunu transfer etmək üçün bonuslar istisna olmaqla, “Tottenhem”ə 70 milyon avroluq təklif göndərib. Lakin “Tottenhem” bunu qəbul etməyib.
Keynin Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, 2022/23 mövsümündə İngiltərə çempionatında 30 qol vurub.
Xatırladaq ki, Şirer Premyer Liqada 260, Keyn isə 213 qol vurub.
Bizi Facebook-da izləyin