ÇL: “Qarabağ”ın ilk oyununun hakimləri məlum oldu
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar məlum olub.
Komanda.az xəbər verir ki, oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Vitalijs Spasjonnikovsa laynsmanlar qismində Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs yerinə yetirəcək.
İyulun 11-də “Viktoriya” stadionunda oynanılacaq qarşılaşma saat 19:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin