İbrahimoviç karyerasını bərpa edə bilər

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç peşəkar fəaliyyətini bərpa edə biləcəyini etiraf edib.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, isveçli sabiq futbolçu yenidən yaşıl meydanlarda ola biləcəyini deyib:

“Fəxr edirəm ki, insanlar məni “Milan”da yenidən görmək istəyirlər, hətta fərqli bir mövqedə belə. “Milan” ürəyimdə qalıb. Klubla yaşadıqlarım həmişə mənimlədir. Azarkeşlərin belə həvəsi mənim gücümün ehtirasıdır. Mən tələsmirəm. Görək bundan sonra nə olacaq. Cəmi üç həftə keçib. Ola bilsin ki, yenidən meydanda olacam, kim bilir. Bəlkə, bir aydan sonra “Milan”ın sınaq məşqlərində olacam”.

41 yaşlı İbrahimoviç karyerasını başa vurduğunu İtaliya çempionatının 38-ci turunun “Verona” ilə oyunundan (3:1) sonra açıqlayıb. O, “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button