“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının qazancı bir medal oldu
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan “Böyük Dəbilqə”ni bir medalla başa vurublar.
Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançıdan ikisi medal görüşündə qüvvəsini sınayıb.
100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri bürünc mükafat qazanmaq şansını əldən verib.
Onlar 3-cü yer uğrunda qarşılaşmada, müvafiq olaraq, rusiyalı Arman Adamyan və monqolustanlı Tsetsentsengel Odxuuya uduzublar.
Azərbaycan cüdoçularından yalnız Yaşar Nəcəfov (66 kq) medala sahib çıxıb. O, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin