Ukraynanın FİFA və UEFA-dan tələbi – Rusiya üzvlükdən çıxarılsın!

Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya Futbol İttifaqının FİFA və UEFA-ya üzvlükdən azad edilməsini tələb edir.

Komanda.az UAF-ın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya bununla bağlı ali və Avropa futbol qurumlarına çağırış edib.

Qərar İcraiyyə Komitəsinin son iclasında qəbul olunub. Bu addım Rusiyanın Ukraynada işğal etdiyi yeni ərazilərdən olan futbol klublarının yerli yarışlara inteqrasiyası ilə əlaqədar atılıb.

Daha əvvəl UEFA Krım klublarının Rusiya Futbol İttifaqının keçirdiyi turnirlərdə iştirakına qadağa qoyub.

Rusiyanın Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin komandaları beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button