“Qəbələ” onlarla vidalaşdı
“Qəbələ” müqaviləsi sona çatan 2 futbolçu – müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qəbələ” İdman Klubu Alimi və Renatoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Xatırladaq ki, bu futbolçular 2021/22 mövsümündən “qırmızı-qara” formanı geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib.
Alimi Rumıniyanın “Sepsi” klubuna keçib. Renato isə “Zirə” ilə müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin