Fransalı futbolçu “Yuventus”u tərk edir?
“Yuventus” yarımmüdafiəçi Adrien Rabyonun klubu tərk etməyəcəyinə ümid edir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” fransalı futbolçu ilə hazırkı müqavilənin uzadılacağına dair razılıq əldə edə biləcəklərinə inanır.
Rabyonun Turin təmsilçisi ilə sözləşməsi 2023-cü ilin iyun ayının sonunda başa çatacaq.
O, 2022/23 mövsümündə “Yuventus”un heyətində 48 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin