“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu “bürünc” qazanıb
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə”də bürünc medal uğrunda görüşə çıxıb.
Komanda.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunx ilə üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn Nəcəfov bürünc medala sahib çıxıb.
“Böyük Dəbilqə” iyunun 25-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin