Nazarov Regional Liqa klubuna keçib

Azərbaycan millisinin keçmiş futbolçusu Dmitri Nazarovun yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

3-cü Bundesliqa klubu “Ersgebirge”dən ayrılan Nazarov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb. Bu klubun idman direktoru Kristian Hok da məlumatı artıq təsdiqləyib.

Nazarov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button