İstefa vermək fikrində deyil

Almaniya millisinin zəif nəticələri fonunda baş məşqçi Hans-Diter Flik istefa vermək fikrində deyil.

Komanda.az “Bayern & Germany”-ə istinadən xəbər verir ki, mümkün istefa ilə bağlı suala Flik belə cavab verib:

“Mənim futbol ideyalarım bu komandaya uyğun gəlir. Hələ oxşar vəziyyətə rast gəlməmişəm. Almaniyanın ən yaxşı oyunçuları ilə işləyə bilirəm, işimdən həzz alıram. Sentyabrda daha yaxşı çıxış etməyə çalışacağıq”.

Almanların 2023-cü ildə bir qələbəsi var: martın 25-də Peru ilə matçda (2:0). Ondan sonra Almaniya millisi üç məğlubiyyətə (Belçika, Polşa və Kolumbiya) üzülüb, Ukrayna ilə heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button