Het-trik edən futbolçu: “Şou göstərdik”
İngiltərə millisinin yarımmüdafiəçi Bukayo Saka AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunun Şimali Makedoniya ilə matçını (7:0) şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, yığmanın heyətində ilk dəfə het-trikə imza atan Saka çox xoşbəxt olduğunu bildirib:
“Hislərimi sözlə ifadə edə bilmirəm. Sadəcə çox xoşbəxtəm. Meydançada şou göstərdik. Markus Reşfordla cinahlardan irəliyə doğru getdikdə rəqib öhdəmizdən gələ bilmədi. Həmin mövqedə oynamağı xoşlayıram.
Mövsümü bundan yaxşı bitirə bilməzdim. İstirahət etmək və fasilə vermək vaxtıdır. Azarkeşlərin bizi dəstəkləmələrindən çox razıyıq”.
İngiltərə millisi hazırda C qrupunda 12 xalla birinci, Şimali Makedoniya isə 3 xalla dördüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin