Sərgən Yalçın “Neftçi” üçün Bakıya gəlir
“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd olan Sərgən Yalçın sabah Bakıda olacaq.
Komanda.az xəbər verir ki, təcrübəli məşqçi ilə müqavilənin son detalları müzakirə ediləcək.
Böyük ehtimalla, Sərgən Yalçın elə sabah rəsmi müqaviləyə imza atacaq. Onunla 2 illik müqavilə düşünülür.
Xatırladaq ki, “Neftçi”nin indiki baş məşqçisi Laurentsiu Regekampfla da sabah yollarını ayırması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin