“Çelsi”yə yeni sponsorla müqavilə bağlamaq qadağan edildi
İngiltərənin Premyer Liqa rəhbərliyi “Çelsi”nin “Paramount+”u yeni titul sponsoru etməsinə mane olub.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, “Çelsi”nin “Paramount+” striminq xidməti ilə danışıqları son mərhələyə çatıb və onların banerinin gələn mövsümdən “zadəganlar”ın forması üzərində yerini alması nəzərdə tutulur.
Lakin Premyer Liqa rəhbərliyi “Paramount+”in İngiltərə çempionatının “Sky Sports” və “BT Sport” kimi yayımçılarına zərər verə biləcəyindən ehtiyat edərək, London klubuna müqavilə imzalamağa icazə verməyib. Qeyd olunur ki, bu cür əməliyyatlara qadağa hər bir klubun Premyer Liqa ilə müqaviləsində göstərilib.
Xatırladaq ki, 2020-ci ildən etibarən “Çelsi”nin baş sponsoru Britaniyanın telekommunikasiya xidməti təminatçısı “Three” olub. Amma bu yay başa çatan üç illik müqavilə uzadılmayıb.
Bizi Facebook-da izləyin