“Yuventus” Firminonu istəyir

“Yuventus” braziliyalı hücumçu Roberto Firminonu transfer etməyi düşünür.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu müqaviləsinin müddəti başa çatdığı üçün iyunun sonunda “Liverpul”u tərk edəcək.

“Yuventus” bir il əvvəl də Firminonu almaq istəyirdi, lakin “Liverpul”un baş məşqçisi Yurgen Klopp buna qarşı çıxmışdı.

Firmino 2015-ci ildən “Liverpul”da çıxış edir. O, 2022/23 mövsümündə 35 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button