Mahir Emreli yenidən icarəyə verilə bilər

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini yenidən icarəyə verə bilər.

Komanda.az “vecernji.hr” saytına istinadən xəbər verir ki, bu, Emrelinin yay təlim-məşq toplanışındakı performansından asılı olacaq.

Baş məşqçi İqor Bişçan iyunun 19-da başlayacaq hazırlığa bir neçə gəncin, eyni zamanda, ötən mövsümü başqa klublarda icarədə keçirən futbolçuların cəlb edilməsini istəyib. Mahir də daxil olmaqla, bir neçə oyunçu yoxlama görüşlərində baş məşqçinin etimadını doğrultmalıdır. Əks halda, Emrelinin yenidən icarəyə verilməsi gündəmə gələcək.

Bişçan yeni transferlərin məhz heyətdə yer alanlardan asılı olacağını deyib.

Emrelinin Zaqreb klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyə “Konyaspor”unda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button