“Çelsi” seneqallı ilə razılığa gəlib
“Çelsi” “Vilyarreal”ın yarımmüdafiəçisi Nikolas Ceksonla razılığa gəlib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu seneqallının keçidini qarşıdakı günlərdə rəsmiləşdirməyi planlaşdırır.
Futbolçunun sərbəstqalma məbləği 35 milyon avrodur. Onun La Liqa klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Cekson 2022/23 mövsümündə “Vilyarreal”ın heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin