Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə Bakıda Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, “Turan Tovuz” klubunun üzvü Xəyyam Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu İbrahim Ramazanov heyətə cəlb olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button