Azərbaycan millisinin baş məşqçisinin müqaviləsi ləğv edildi – Atatürkə görə

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligilə Yunanıstanda hörmətsizlik edilib.

Komanda.az “Milliyet”ə istinadən xəbər verir ki, PAOK klubu azarkeşlərin təzyiqinə görə 42 yaşlı mütəxəssisin müqaviləsinə xitam verib.

Buna səbəb Güneyligilin şəxsi “instaqram” hesabından Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi olub.

PAOK iyunun 10-da türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı. Ataman Güneyligil 15 avqust-3 sentyabr tarixləri arasında Belçika, İtaliya, Estoniya və İtaliyada gerçəkləşəcək Avropa çempionatında Azərbaycan millisinin “sükanı arxasında” olacaq. Azərbaycan Voleybol Federasiyası onunla üç aylıq müqaviləyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button