Neymarın yaşıl meydanlara qayıdacağı vaxt bilindi
Braziliya millisinin Qətərlə keçirdiyi yoxlama oyununda (2:0) zədələnən Neymarın durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçunun sağalma prosesi təxminən bir ay davam edəcək. Bu barədə Neymarın çıxış etdiyi PSJ klubunun rəsmi saytı məlumat yayıb.
Neymar Braziliya millisinin Amerika kuboku turniri matçlarında iştirak edə bilməyəcək.
Amerika kuboku 15 iyun-7 iyul tarixlərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin