“Real”la anlaşan futbolçu millinin heyətindən kənarlaşdırılıb

“Real”ın yeni transferi Çud Bellingem iyun ayında İngiltərə millisinin oyunlarını buraxacaq.

Komanda.az İngiltərə millisinin “tvitter” hesabına istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt Bellingemi AÇ-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniya ilə keçiriləcək oyunlar üçün heyətindən kənarlaşdırıb.

Bellingem Bundesliqanın son turunda – “Maynts”la oyunda dizindən aldığı zədəsini sağaltmaqda davam edir. Həmçinin, “Brayton”un müdafiəçisi Luis Dank da zədə səbəbindən İngiltərə yığmasının heyətində yer almayıb.

Dortmund “Borussiya”sı Bellingemin “Real”a transferini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button