“Arsenal” onun transferini bitirmək üzrədir
“Arsenal” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysla danışıqlar aparıb.
Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət nəticələnib.
Daha əvvəl “Arsenal”ın futbolçu üçün 115 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.
Rays 2022/23 mövsümündə “Vest Hem”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin