Məmmədyarov sonuncu oyununu keçirəcək
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, 38 yaşlı qrossmeyster sonuncu – 9-cu turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.
Məmmədyarov ötən turda armageddonda norveçli Maqnus Karlsenə yenilib. O, hazırda 10 xalla səkkizinci pillədə qərarlaşıb.
Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin