“Qəbələ”də dörd müqavilə
“Qəbələ” dörd futbolçusu ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaların müddəti uzadılıb.
Bu futbolçularla imzalanan yeni müqavilələr daha iki ili əhatə edir. Əvvəlki anlaşmaları 2022-2023-cü illər mövsümünün sonunda başa çatan oyunçular 2025-ci ilin yayına qədər “qırmızı-qara” formanı geyinəcək.
“Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Abbasov 267 dəfə (4 qol) komandanın heyətində meydana çıxıb. Musayev 104 (3 qol), Səfərov 57 (4 qol), Qırtımov 38 görüşdə “qırmızı-qara” formanı daşıyıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin