6 mövsüm oynadığı klubdan ayrılır – “Barselona”ya keçir
Futbolçu İniqo Martinez “Atletik”i tərk edir. Onun Bilbao klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq.
Komanda.az “Atletik”in rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi müqaviləni yeniləməkdən imtina edib və komandadan azad agent kimi ayrılacaq.
Martinez “Atletik”də 6 mövsüm keçirib və bütün yarışlarda 177 oyun keçirib.
Daha əvvəl 32 yaşlı futbolçunun “Barselona”ya keçməyə yaxın olduğu bildirilirdi. “Diario Sport”-un məlumatına görə, Kataloniya klubu yaxın günlərdə onun transferini açıqlaya bilər. Martinezlə 3 mövsümlük müqavilə imzalanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin