İbrahimoviç karyerasını bitirdi
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 41 yaşlı isveçli bunu İtaliya çempionatının “Milan” – “Verona” oyunundan sonra azarkeşlərlə vida mərasimində deyib:
“Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər”.
İbrahimoviç İtaliya A Seriyasının cari mövsümündə dörd matçda iştirak edib və bir qol vurub.
O, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin