Azərbaycan kuboku: 28 final, 7 stadion
Azərbaycan kubokunun final matçı bu gün Bakıdakı “Bakcell Arena”da keçiriləcək.
Komanda.az xəbər verir ki, “Neftçi” – “Qəbələ” qarşılaşmasının məkanı ilk dəfə həlledici görüşə ev sahibliyi edəcək.
Ümumilikdə isə əvvəlki 28 finala 7 stadion ev sahibliyi edib. “Bakcell Arena” bu siyahıda 8-ci olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda daha çox – 18 belə oyun keçirilib. Qəbələ şəhər stadionunda 3 final gerçəkləşib.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan Muxtar Respublika Stadionunun hərəsində iki, “Şəfa” (indiki “ASK Arena”), “Dalğa Arena” və “Bank Respublika Arena”da bir dəfə kubokun qalibi müəyyənləşib.
1992-ci ildən təşkil olunan yarışda 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb, 2002/03 mövsümü keçirilməyib.
Bu gün “Neftçi” və “Qəbələ” arasında oynanılacaq final görüşü saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin