İspanlardan 21 illik hegemonluq
İspaniya növbəti mövsüm Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq.
Komanda.az xəbər verir ki, La Liqada ilk 4 pillənin sahibi olan “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad”a “Sevilya” da qoşulub.
Sözügedən klub bunu Avropa Liqasının qalibi olmaqla bacarıb.
İspaniya klubları 2001/02 mövsümündən bəri Çempionlar Liqasında və Avropa Liqasında 26 final matçına çıxıb. Və bütün hallarda kubok İspaniyaya gedib. La Liqa klubları məğlubiyyətləri də yalnız həmvətənlərindən alıblar. Yəni, onlar yalnız finaldakı komandaların yalnız hər ikisi bu ölkəni təmsil edərkən məğlubiyyət görüblər.
Bu müddətdə “Sevilya” 7, “Real” 6, “Barselona” 4, “Atletiko” 3, “Valensiya” və “Vilyarreal” 1 kubok qazanıb. “Atletiko” 2, “Atletik”lə “Espanyol” 1 dəfə həlledici matçda başqa bir ispan klubuna uduzub. Bu seriya 2002-ci ildə “Real”ın “Bayer” üzərindəki qələbəsi ilə başlayıb.
“Sevilya” 7 dəfə Avropa Liqasını qazanmaqla bu yarışın mütləq rekordçusudur. Əndəlüslülər bu yarışda çıxdığı bütün finallarda qalib gəlib. Ümumi avrokubok titullarında isə “Real” öndədir (16). Madridlilər 14 dəfə ÇL-i, 2 dəfə UEFA kubokunu (indki AL) qazanıb. “Barselona” 12, “Milan” və “Liverpul” 9 , “Bayern” 8 kubokla sonrakı yerləri bölüşür.
Bizi Facebook-da izləyin