Məşhur futbolçu alimentə görə həbs olunacaq
Porto Alleqri ailə məhkəməsi MLS-də mübarizə aparan “Los Anceles Qalaksi”nin müdafiəçisi Duqlas Kosta barədə aliment ödəmədiyi üçün həbs qərarı çıxarıb.
Komanda.az GZH-nə istinadən xəbər verir ki, futbolçunun Braziliyaya qayıdacağı təqdirdə həbs olunacağı bildirilir.
Kostanın vəkili Serxio Keyroz bildirib ki, braziliyalı futbolçunun tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
32 yaşlı Kosta 2022-ci ilin yayından MLS-də çıxış edir. O, bu mövsüm 4 oyun keçirib, qol vurmayıb.
Kosta əvvəllər “Yuventus”, “Bayern”, “Qremio” və “Şaxtyor”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin