Xarici KİV: “Qarabağ”ı Çexiyada yaxşı tanıyırlar”

Çexiya mətbuatı “Sparta”nın Çempionlar Liqasının təsnifat mərhələsindəki potensial rəqiblərini müzakirə edib.

Komanda.az xəbər verir ki, “iDNES.cz” portalı Azərbaycanın “Qarabağ” klubunun Praqa təmsilçisi üçün ən çətin rəqiblər arasında olduğunu yazıb:

“Dinamo” (Zaqreb, Xorvatiya), “Ferentsvaroş” (Macarıstan), “Qarabağ”, “Slovan” (Slovakiya), “Kopenhagen” (Danimarka) Çempionlar Liqasının təsnifat mərhələsində “Sparta”nın ən çətin potensial rəqibləridir. İtaliya çempionatının qarşıdakı turlarında sürpriz olmasa, o zaman Çexiya çempionu avrokuboklara üçüncü mərhələdən başlayacaq. “Slovan”, “Ferentsvaroş” və “Qarabağ” iki mərhələ keçməli olacaq ki, “Sparta” ilə qarşılaşsın.

“Qarabağ”ı Çexiyada yaxşı tanıyırlar. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda “Viktoriya” ilə mübarizə apardılar (0:0, 1:2). Cavab görüşündə “Qarabağ” oyun ərzində üstünlüyə yiyələnsə də, qapıçının kobud səhvləri üzündən məğlub oldu. Çexiyalı qapıçı isə həmin matçda inamlı idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button