MY ilə vidalaşacaq futbolçular
İngiltərəli müdafiəçi Harri Maquayr yayda “Mançester Yunayted”i tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
30 yaşlı futbolçu 2019-cu ildən “qırmızı şeytanlar”ın formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Eyni zamanda, Antoni Marsial, Dioqo Dalot, Aron Van-Bissaka, Fred, Skott Maktominay, Donni van de Beek, Antoni Elanqa və Brandon Uilyams komandadan ayrıla bilər.
Mançester təmsilçisi bu gün, saat 23:00-da Premyer Liqada 32-ci turdan təxirə salınan “Çelsi” ilə görüşə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin