İnyesta Yaponiya klubundan ayrılıb
İspaniyalı futbolçu Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Asiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində vida matçına çıxacaq. “Vissel Kobe” həmin gün Yaponiya çempionatının 19-cu turunda “Hokkaydo”nu qəbul edəcək.
“Barselona”nın yetirməsi olan İnyesta 2018-ci ildən bəri “Vissel Kobe”nin formasını geyinir. O, bu komandada 133 oyun keçirib, 26 qol, 25 ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin