“Zirə” ilə çempionatda ən çox oyuna çıxan üçüncü futbolçu
Zirə”nin qapıçısı Anar Nəzirov paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionatında 100-cü oyununu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 38 yaşlı qolkiperin yubileyi Premyer Liqanın 34-cü turuna təsadüf edib.
O, “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub. Nəzirov klub tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü futbolçu kimi düşüb. Onadək yalnız İlkin Muradovla (114) Təmkin Xəlilzadə (102) buna nail olub.
2015-2019-cu illərdə “Zirə”nin formasını geyinən oyunçu 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.
Anar Nəzirov “qartallar”ın heyətindəki ilk çempionat oyunu 2015-ci il avqustun 9-da baş tutub. “Zirə” Premyer Liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin