UEFA ÇL-in finalını İstanbuldan alacaq? – Açıqlama
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti Çempionlar Liqasının (ÇL) 2023-cü ilinin final matçının iyunun 10-da İstanbulda keçiriləcəyini bildirib.
Komanda.az TASS-a istinadən xəbər verir ki, UEFA-nın mətbuat xidmətindən bununla bağlı belə deyilib:
“Çempionlar Liqasının 2023-cü ilinin final oyununun planlaşdırıldığı kimi, iyunun 10-da İstanbulda keçirilməsi planlaşdırılır. Bu məsələ ilə bağlı əlavə şərhimiz yoxdur”.
Daha əvvəl Türkiyədə baş verən silsilə zəlzələlər və mayın 14-də keçiriləcək prezident seçkilərindən sonra ehtimal olunan iğtişaşlar səbəbindən Çempionlar Liqasının finalının İstanbuldan Lissabona (Portuqaliya) keçirilə biləcəyi barədə məlumat yayılmışdı.
ÇL-in yarımfinalına “Mançester Siti”, “Real”, “Milan” və “İnter” çıxıb.
Bizi Facebook-da izləyin