“Borussiya” futbolçusunu 15 milyon avroya satdı
Növbəti mövsümdən İngiltərə Premyer Liqasında oynamağa haqq qazanan “Bernli” klubu artıq transfer çalışmalarına start verib.
Komanda.az xəbər verir ki, sözügedən klub bu mövsümün əvvəlində Münhenqladbax “Borussiya”sından icarəyə götürdüyü Yordan Beyerin transfer hüquqlarını aldığını açıqlayıb.
Çempionşipin çempionu mərkəz müdafiəçisinin transferi üçün Bundesliqa təmsilçisinə 15 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Ötən ilin sentyabrından “Bernli”də çıxış edən Beyer bu komandada 35 oyuna çıxıb, 1 qol vurub. O, daha öncə ölkəsində “Borussiya” və “Hamburq”da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin