“Matç “sülh”lə bitdi, lakin…” – Keçmiş futbolçu

Futbol üzrə İngiltərə yığmasının sabiq müdafiəçisi Joleon Leskott UEFA Çempionlar Liqasının yarımfinalının “Real” – “Mançester Siti” matçı haqda (1:1) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Premyer Liqa təmsilçisinin İspaniyanın paytaxtına qələbə arzusu ilə getdiyini söyləyib:

“Şəhərlilər” Madridə pozitiv əhvalda və qələbə arzusu ilə getmişdilər. Matç “sülh”lə bitdi, lakin oyun ərzində dəqiqələr irəlilədikcə onların daha bir neçə qol vuraraq önə keçəcəyi gözlənilirdi”.

“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması mayın 17-də, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button