İbrahimoviç Berluskoninin klubu ilə razılığa gəlib

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını “Montsa”da davam etdirə bilər.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, isveçli futbolçunun Lombardiya klubunun prezidenti Silvio Berluskoni ilə dostluq münasibətinin olması keçidi tezləşdirəcək.

41 yaşlı futbolçu “Montsa” ilə şifahi razılığa gəlib. Transferin baş tutma ehtimalı 90 faizdən yüksək qiymətləndirilir.

Öncədən Milan təmsilçisinin Zlatanla cari mövsümün sonunda sözləşməni yeniləmək istəmədiyi bildirilirdi.

İbrahimoviç 2022/23 mövsümündə İtaliya A Seriyasında zədə səbəbindən 4 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button