Messi restoran işinə sərmayə yatırıb

PSJ-nin hücumçusu Lionel Messi və “Atletiko”nun forvardı Antuan Qrizmann İspaniyadakı “Vice” restoranlar şəbəkəsinə sərmayə qoyublar.

Komanda.az xəbər verir ki, bu barədə “El Pais” məlumat verib.

Məlumata görə, oyunçular burger istehsalı üzrə ixtisaslaşmış restoranlar şəbəkəsinin inkişafı üçün vəsaitin toplanmasında iştirak ediblər. Ümumilikdə, ispaniyalı sahibkarlar təxminən 17 milyon avro toplayıblar. Onlar Madrid və Barselonadakı 7 restoran şəbəkəsinin sayını bütün İspaniyada 17-yə çatdırmağı planlaşdırırlar.

Qrizmann 2005-ci ildən müxtəlif İspaniya klublarında çıxış edir. O, Messi ilə birlikdə “Barselona”da da forma geyinib. Messinin bu yay Kataloniya klubuna qayıtması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button