Darmadağınla finalda!
Almaniya kubokunda ilk finalçı müəyyənləşib.
Komanda.az xəbər verir ki, ilk yarımfinal görüşü “Frayburq”la “Leypsiq” arasında baş tutub.
Qonaqlar bu oyunda darmadağınla qalib gələrək finala yüksəliblər.
Digər finalçı sabah keçiriləcək “Ştutqart” – “Ayntraxt” matçında müəyyənləşəcək.
Almaniya kuboku
Yarımfinal
2 may
Frayburq – Leypsiq 1:5
Qol: Qreqoriç, 75 – Olmo, 13. Henriks, 14. Soboslai, 37; 90+7. Nkunku, 45+1.
3 may
22:45. Ştutqart – Ayntraxt
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin