“Barselona” “Selta”nın futbolçusunu alacaq – Messi qayıtmasa
“Barselona” “Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa ilə maraqlanır.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıdışı uğursuz olarsa, “Barsa” Veyqanı ala bilər.
20 yaşlı futbolçunun agenti “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Bayern”lə də danışıqlar aparır. “Real” da Veyqa ilə maraqlanır, lakin hələlik futbolçunun agenti ilə danışıqlara başlamayıb.
“Barselona”nın prezidenti Xuan Laporta əmindir ki, Veyqa komandanın oyun tərzinə uyğundur. Lakin Messi komandaya qayıdacağı təqdirdə, Kataloniya klubu Veyqanın transferi ilə bağlı danışıqlar aparmayacaq.
20 yaşlı futbolçu bu mövsüm “Selta”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin